Rusiyada Ukraynadakı müharibədə iştiraka görə 2 dəfə əfv olunmuş manyak 3-cü dəfə həbs olunub.
Modern.az xəbər verir ki, 38 yaşlı Viktor Savvinov axtarışa verildikdən sonra Yakutskda həbs edilib. Hazırda o istintaq təcridxanasında saxlanılır.
Xatırladaq ki, Savvinov 2020-ci ildə qətl törətməyə görə məhkum edilib, lakin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsində könüllü iştirakla bağlı müraciətindən sonra hərbi müqavilə imzalayıb və azadlığa buraxılıb.
Hərbi xidmətdən qayıtdıqdan qayıtdıqdan sonra o daha 2 nəfəri qətlə yetirib və bu dəfə 20 illik həbs cəzası alıb. 2025-ci ildə yenidən müharibəyə yollanan Savvinov döyüşlərdən sonra təxris olunaraq mülki həyata qayıdıb.
Hazırda o sayca 4-cü qurbanının qətlində şübhəli bilinir.