Ermənistan Baş naziri Anna Akopyanın sosial media üzərindən etdiyi paylaşım diqqət çəkib.
Belə ki, Akopyan Nikol Paşinyanla aralarındakı vətəndaş nikahını sonlandırdıqlarını bildirib.
"Sizə bildirirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım bitdi. Sizdən təmkin və nəzakət diləyirəm", - deyə o yazıb.
Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, cütlük rəsmi nikaha girib. "Onlar VVAQ-a gedib rəsmi olaraq evləniblər", - qəzet yazıb.
Xatırladaq ki, 29 ildir vətəndaş nikahında yaşayan cütlüyün 4 övladı var.
Dünya siyasətində ailə modeli təkcə şəxsi məsələ deyil, həm də imic, legitimlik və təhlükəsizlik faktorudur. Buna baxmayaraq, tarixdə və müasir dövrdə rəsmi nikah olmadan uzun müddət birlikdə yaşayan dövlət rəhbərləri olub.
Modern.az hazırda vətəndaş nikahında yaşayan dövlət və hökumət başçılarını və tarixdə bunun analoqunu araşdırıb.
Fransanın keçmiş Prezidenti Fransua Olland
Fransua Olland prezidentliyi dövründə (2012–2017) rəsmi nikahda deyildi. O, jurnalist Valeri Trierveyler ilə vətəndaş nikahında yaşayırdı və bu münasibət açıq şəkildə təsdiqlənmişdi. Fransa hüquq sistemində nikahsız birliklər (PACS daxil olmaqla) sosial norma kimi qəbul olunur.
İrlandiyanın sabiq baş naziri Leo Varadkar
İrlandiyanın sabiq baş naziri uzun illər partnyoru Metyu Barrett ilə nikahsız birlikdə yaşadığını açıq şəkildə təsdiqləyib. Münasibət ictimai idi və gizlədilmirdi. Sonradan evlilik planları barədə açıqlamalar versə də, onun baş nazirliyi dövründə rəsmi nikahda olmayıb.
Jóhanna Sigurðardóttir
İslandiyanın keçmiş baş naziri uzun müddət partnyoru ilə rəsmi nikah olmadan yaşayıb. Daha sonra ölkədə qanunvericilik dəyişdikdən sonra rəsmi nikaha daxil olub. Onun münasibəti açıq və ictimai idi.
Xavier Bettel
Lüksemburqun baş naziri Bettel də siyasi karyerasının əvvəlində partnyoru ilə nikahsız yaşadığını açıq şəkildə bildirirdi. Daha sonra rəsmi nikaha daxil olub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin barəsində də bu yöndə müəyyən iddialar səsləndirilir.
2013-cü ildə həyat yoldaşından ayrılan Putinin keçmiş gimnast Alina Kabayeva ilə münasibətdə olduğu barədə məlumat illərdir mediada yer alır. Lakin Kreml bu barədə nə rəsmi təsdiq, nə də açıq inkar verib. Buna görə də bu hal rəsmi təsdiqlənmiş vətəndaş nikahı kimi qiymətləndirilmir, yalnız iddia səviyyəsindədir.
Tarixdə vətəndaş nikahı ilə yaşayan liderlər arasında ən məşhur sima Adolf Hitlerdir. O, uzun illər Eva Braunla rəsmi nikah olmadan birlikdə yaşayıb. Onların münasibəti ictimaiyyətə açıq deyildi və uzun müddət gizli saxlanılıb. Rəsmi nikah yalnız 29 apel 1945-ci ildə Berlin bunkerində bağlanıb. Ertəsi gün hər ikisi intihar edib.
Yəni Hitler faktiki olaraq vətəndaş nikahında yaşasa da, həyatının son günündə formal rəsmi nikah bağlayıb.