İsrail ordusu Livanın cənubunda HƏMAS hərəkatına məxsus komanda mərkəzinə hava zərbəsi endirib.
Modern.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, sözügedən obyekt son dövrlərdə HƏMAS tərəfindən İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılması və təşkili, həmçinin İsrailə və onun Silahlı Qüvvələrinə qarşı müxtəlif əməliyyatların hazırlanması məqsədilə istifadə edilib.
“İsrail Müdafiə Ordusu Livan ərazisində HƏMAS-a məxsus hədəflərə qarşı əməliyyatları davam etdirir və İsrail dövlətinin vətəndaşları və ordusu üçün yarana biləcək istənilən təhlükəni aradan qaldırmaq üçün bu təşkilatın fəaliyyətinə qarşı qəti tədbirlər görəcək”, – deyə məlumatda vurğulanıb.