Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması qərarını dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanında daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib.
Qeyd olunur ki, belə qərarın qəbul olunması üçün Aİ-yə üzv olan bütün 27 ölkənin yekdil dəstəyi tələb olunur.
Nəşr vurğulayır ki, əgər vəsait ayrılmasa, Ukrayna bu ilin ikinci rübündə ciddi maliyyə çətinlikləri ilə üzləşə bilər.