Tramp 10 faizlik qlobal tariflərin tətbiqi ilə bağlı sərəncam imzalayacağını açıqlayıb.
Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp milli təhlükəsizliklə bağlı bütün tariflərin, eləcə də 301-ci bölmə çərçivəsində qüvvədə olan tariflərin dərhal qüvvəyə mindiyini bəyan edib.
O bildirib ki, bu gün mövcud tariflərə əlavə olaraq 10 faizlik qlobal tarifin tətbiqi ilə bağlı sərəncam imzalayacaq.
Qeyd edək ki, bundan əvvəl məhkəmə Trampın tətbiq etdiyi tarifləri ləğv etmişdi. Lakin yayılan məlumatlara görə, bu qərar prezidentin mövqeyinə ciddi təsir göstərməyib.