İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İslam Respublikasındakı iğtişaşlarda ölənlərin sayına dair iddialarına cavab verib.
Modern.az xəbər verir ki, Əraqçi bu barədə sosial media hesabında yazıb.
O, paylaşımında bildirib: "Xalqımıza qarşı tam şəffaflığa sadiqik. İran hökuməti hadisələr zamanı ölən 3117 nəfərin tam siyahısını dərc edib. Bu siyahıya təxminən 200 təhlükəsizlik işçisi də daxildir".
İran xarici işlər naziri sonda deyib: "Əgər kimsə məlumatımızın dəqiqliyinə şübhə edirsə, xahiş edirəm dəlil təqdim edin".