Modern.az

Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

Dünya

21 Fevral 2026, 11:52

Tramp administrasiyası İrana uranı "simvolik" şəkildə zənginləşdirməyə icazə verən təklifi nəzərdən keçirməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda o da bildirlib ki, Tramp administrasiyası eyni zamanda, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin və onun mümkün varisinin zərərsizləşdirilməsi variantını da nəzərdən keçirir.

Qeyd edək ki, birinci variant İranın nüvə potensialını məhdudlaşdırmaq və müharibənin qarşısını almaq üçün razılaşmaya yol aça bilər.

ABŞ rəsmiləri bildiriblər ki, İranın qarşıdan gələn nüvə təklifi üçün çox yüksək məhdudiyyətlər var, çünki plan ABŞ administrasiyasında və regionda çoxsaylı skeptikləri inandırmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?