Modern.az

Göldə boğulan 8 nəfərin cəsədi tapıldı

Göldə boğulan 8 nəfərin cəsədi tapıldı

Dünya

21 Fevral 2026, 15:50

Rusiyanın İrkutsk vilayətiində səhlənkarlıq üzündən faciə baş verib.

Modern.az xəbər verir ki, Baykal gölünün donmasından istifadə edən sürücü 8 nəfərin əyləşdiyi UAZ markalı maşını buzun üzərilə sürüb. Nəticədə buz qatının sındığı çoxora düşən maşındakılar boğulublar.

İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, buz üzərində UAZ sürərkən Baykal gölündə boğulan səkkiz nəfərin cəsədi artıq tapılıb.

İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək və səhlənkarlıq ittihamları ilə cinayət işi açıb.

20 fevral tarixində günortadan sonra Baykal gölündəki Xoboy burnu yaxınlığında UAZ markalı avtomobil buzun üzəri ilə hərəkət edərkən batıb. İstintaq Komitəsinin məlumatına görə, nəqliyyat vasitəsində sürücü və Çindən gələn səkkiz turist qrupu olub; yalnız bir turist sağ qalıb. Qəzanın bütün iştirakçıları müəyyən edilib. Nəqliyyat vasitəsi üç metr enində buz yarığına düşüb; qəza yerindəki dərinlik 18 metrdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?