Modern.az

Rusiyanı "Avroviziya"da təmsil etmiş müğənni öldü

Rusiyanı "Avroviziya"da təmsil etmiş müğənni öldü

Dünya

21 Fevral 2026, 18:30

Rusiyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş “Buranovskiye babuşki” kollektivinin ilk heyət üzvlərindən biri Zoya Sergeyevna Dorodova vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Udmurtiya Respublikasının Malopurginski rayonunun rəhbəri Aleksandr Deyev “VKontakte” sosial şəbəkəsində paylaşım edib.

O, Dorodovanın ölümünü böyük itki kimi dəyərləndirərək ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

85 yaşlı sənətçi son illərdə səhnə fəaliyyətindən uzaqlaşmış, doğma kəndində yaşayırdı. Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Buranovskiye babuşki Udmurtiyanın Buranovo kəndindən olan folklor kollektivi idi. Qrup Eurovision Song Contest 2012 müsabiqəsində “Party for Everyp” mahnısı ilə Rusiyanı təmsil edərək ikinci yerə layiq görülmüşdü. Daha sonra kollektivin tərkibində dəyişikliklər olub və ilkin üzvlər fəaliyyətlərini “Babuşki iz Buranovo” adı altında davam etdiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?