Modern.az

Nigeriyada silahlı hücum: 50 nəfər ölüb

Nigeriyada silahlı hücum: 50 nəfər ölüb

Dünya

21 Fevral 2026, 18:38

Nigeriyanın Zamfara ştatında silahlı dəstənin kəndə hücumu nəticəsində azı 50 nəfər həyatını itirib.

Modern.az xəbər verir ki, ştatın deputatı Hamisu Farunun açıqlamasına görə, motosikletlərlə Tungan Dutse qəsəbəsinə bağlı kəndə gələn silahlılar atəş açıb. Hücum zamanı qadın və uşaqlar da daxil olmaqla çox sayda şəxs qaçırılıb, evlər yandırılıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir silahlı dəstələrin, eləcə də Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan Islamic State West Africa Province qruplaşmasının hücumları ilə üzləşir. Ölkədə adam oğurluğuna görə ölüm cəzası nəzərdə tutulsa da, fidyə məqsədli qaçırmalar geniş yayılıb. (HaberGlobal)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?