Modern.az

Müharibə qərarı həmin telefon danışığında verilibmiş - DETALLAR

Müharibə qərarı həmin telefon danışığında verilibmiş - DETALLAR

Dünya

Bu gün, 11:08

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu 23 fevralda keçirdikləri telefon danışığı zamanı İranla müharibəyə başlamaq üçün yekun qərar veriblər.

Modern.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb. 

Nəşrin mənbələrinə görə, telefon danışığı zamanı Benyamin Netanyahu Donald Trampa İranın ali lideri Ayətullah Əli Xamenei və onun müşavirlərinin 28 fevral səhəri bir yerdə toplaşacağını bildirib. İsrailin baş naziri daha sonra bildirib ki, bu, onların tək bir zərbə ilə öldürülməsinə imkan verəcək.

"Axios"-un məlumatına görə, Donald Tramp artıq İrana hücum etməyi planlaşdırırdı, İsrail Baş naziri ilə telefon danışığından öncə hərbi əməliyyatların başlama tarixi barədə yekun qərara gəlməmşdi. 

O da qeyd edilib ki, əslində ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatı bir həftə əvvəl başlatmağı düşünsələr də, pis hava şəraiti də daxil olmaqla müxtəlif səbəblərə görə planı təxirə salıblar.

Fevralın 26-da Trampın kürəkəni Cared Kuşner və xüsusi elçi Stiv Vitkoff Cenevredə İran nümayəndə heyəti ilə saatlarla çəkən danışıqlardan sonra ABŞ prezidentinə zəng edərək danışıqların çıxılmaz vəziyyətə düşdüyünü bildiriblər. Axios əlavə edir ki, həmin gün Mərkəzi Kəşfiyyat İdarəsi Benyamin Netanyahunun İran rəsmilərinin planlaşdırılan səhər görüşü barədə məlumatını tam təsdiqləyib. Mənbələr qeyd ediblər ki, Donald Tramp İrana zərbə endirmək üçün son əmri 27 fevral günortadan sonra verib.

Qeyd edək ki, fevralın 28-də səhər ABŞ və İsrail İrana zərbə endiriblər. Döyüşlərdə 50 mindən çox ABŞ əsgəri iştirak edir. ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin sözlərinə görə, hərbi əməliyyatın başlanğıcından bəri ABŞ ordusu 2000-dən çox hədəfə zərbə endirib. İran hərbi əməliyyatlara cavab olaraq İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbə endirməyə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı