Modern.az

Çin İsrailə çağırış etdi: İrana hücumu dayandırın!

Çin İsrailə çağırış etdi: İrana hücumu dayandırın!

Dünya

Bu gün, 14:03

Çinin xarici işlər naziri Vanq Yi israilli həmkarı Gideon Saarla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, Çin XİN başçısı telefon danışığı zamanı İsrailin İrana qarşı hərbi əməliyyatlarına son qoyulmasına çağırıb.

"İran və ABŞ arasında son danışıqlarda İsrailin təhlükəsizlik narahatlıqları da nəzərə alınaraq nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Təəssüf ki, bu proses hərbi hücumlar nəticəsində pozulub. Çin münaqişənin daha da şiddətlənməsinin və nəzarətdən çıxmasının qarşısını almaq üçün hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır. Güc tətbiqi problemləri həqiqətən həll edə bilməz. Bunun əvəzinə, yeni problemlər və ağır nəticələr yaradacaq",-Vanq Yi deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var