Modern.az

Hörmüz boğazında gəmi vuruldu: 3 nəfər itkin düşüb

Hörmüz boğazında gəmi vuruldu: 3 nəfər itkin düşüb

Dünya

Bu gün, 16:48

Hörmüz boğazında Tayland bayrağı altında üzən “Mayuree Naree” yük gəmisi raket hücumuna məruz qalıb. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  hücum nəticəsində üç ekipaj üzvü itkin düşüb. Hücum Birləşmiş Ərəb Əmirliklərindən çıxan gəminin Hörmüz boğazına daxil olmasından qısa müddət sonra baş verib. 

Tayland Kral Dəniz Xidmətinin məlumatına əsasən, Oman donanması xilasetmə əməliyyatı həyata keçirərək gəmini tərk edən 20 ekipaj üzvünü xilas edib və onları Xasab şəhərində sahilə çıxarıb. Lakin üç nəfər hələ də itkin düşmüş sayılır.

Bununla bağlı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Tayland bayrağı altında üzən “Mayuree Naree” yük gəmisinə atəş açdığını açıqlayıb.

Məlumatlara görə, regionda təhlükəsizlik risklərinin artması səbəbindən Tayland ixracatçılarına təcili olmayan yükləri geri qaytarmaq tövsiyə edilib. Alternativ olaraq konteynerlərin digər limanlara yönləndirilməsi və ya tranzit limanlarında müvəqqəti saxlanılması variantları da nəzərdən keçirilir. Lakin bu addımlar daşınma xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Qeyd olunur ki, Hörmüz boğazı dünya neft və ticarət daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı insident qlobal logistika və enerji bazarına təsir göstərə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV