Modern.az

“İrana diktə etməyə imkan verməyəcəyik" - Tramp

“İrana diktə etməyə imkan verməyəcəyik" - Tramp

Dünya

Bu gün, 09:06

ABŞ prezidenti Donald Tramp İranın Xark adasındakı əsas neft anbarını ələ keçirməyi düşünür.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrdən biri nəşrə bildirib ki, "Prezident Xark adası ilə bağlı heç bir qərar qəbul etməyib". Lakin o əlavə edib ki, Hörmüz boğazının açılması səyləri uzanarsa, "qərar qəbul edilə bilər".

Mənbə əlavə edib ki, "Prezident Tramp iranlıların münaqişənin gedişatını diktə etməsinə imkan verməyəcək".

Başqa bir mənbə nəşrə bildirib ki, Tramp Xark adasını birbaşa ələ keçirmək ideyasını dəstəkləyir, çünki bu, Tehranı maliyyələşdirmədən məhrum etməklə "rejimə iqtisadi zərbə" olacaq.

Prezident Donald Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə Hörmüz boğazından faydalanan ölkələrin onu açmaq üçün səy göstərə biləcəyini bildirib.

Tramp deyib ki, əgər digər ölkələr İrana mane olmasa, bu, "NATO-nun gələcəyi üçün çox pis nəticələrə" səbəb ola bilər. O, əvvəllər Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanı boğazı açmaq üçün "birgə səylərə" qoşulmağa çağırmışdı.

"Biz onlara Ukrayna məsələsində kömək etmək məcburiyyətində deyildik. Ukrayna minlərlə mil uzaqdadır. Amma biz onlara kömək etdik. İndi görəcəyik, onlar da bizə kömək edəcəklərmi? Çünki mən uzun müddətdir demişəm ki, biz onların yanında olacağıq, amma onlar bizim yanımızda olmayacaqlar. Və əmin deyiləm ki, onlar yanımızda olacaqlar", - Tramp deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?