İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Tehrandakı yanacaq anbarlarına endirdiyi zərbələri ekoloji cinayət adlandırıb və İsrail hakimiyyətini cəzalandırmağa çağırıb.
Modern.az xəbər verir ki, Əraqçi X sosial media platformasında yazıb: "İsrailin Tehrandakı yanacaq anbarlarını bombalaması beynəlxalq hüququ pozur və ekoloji cinayət təşkil edir".
O bildirib ki, sakinlərin sağlamlığına və rifahına uzunmüddətli ziyan dəyir və torpaq və yeraltı suların çirklənməsi nəsillər boyu nəticələrə səbəb ola bilər.
Əraqçi əlavə edib ki, "İsrail müharibə cinayətlərinə görə cəzalandırılmalıdır".
Bu arada, bazar ertəsi səhər tezdən İsrail ordusu Tehrandakı hədəflərə zərbə endirdiyini açıqlayıb.
Xatırladaq ki, ötən həftə İsrail aviasiyası Tehrandakı yanacaq depolarına havadan zərbələr endirib, neft dolu 30 iri çəni yandırıb.
Yanğın nəticəsində Tehranın üstünü qara neft buludları alıb, şəhərin üzərinə günorta qaranlıq düşüb.
Bu ekoloji qəzaya yalnız “Qreen Pease” təşkilatı reaksiya verib, onu ekoloji fəlakət və hərbi cinayət adlandırıb. “Bloomberg” Agentliyi Britaniyanın bir ixtisaslı mərkəzinə istinadən yazıb ki, “Tehrandakı texnogen qəzanın nəticələri insanlara, təbiətə və heyvanata 10 illər boyunca təsir edəcək”.