Modern.az

İran yenə Dubay aeroportunu vurdu 

İran yenə Dubay aeroportunu vurdu 

Dünya

Bu gün, 09:40

Dubay Beynəlxalq Aeroportu (DXB) 16 mart səhəri uçuşları müvəqqəti olaraq dayandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri hava limanı yaxınlığında "dron insidenti" nəticəsində yanğın baş verdiyini bildirib. Daha sonra hava limanı ərazisindəki yanacaq çənlərindən birinin alovlandığı aydınlaşıb.

Hadisədə xəsarət alan olmayıb, lakin Dubay Mülki Aviasiya İdarəsi hava limanında uçuşların müvəqqəti olaraq "ehtiyat tədbiri" olaraq dayandırıldığını elan edib. Sərnişinlərə uçuşları barədə məlumat almaq üçün aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə edilib. Dubay polisi hava limanına aparan yolların müvəqqəti olaraq bağlandığını bildirib.

Bəzi uçuşlar Dubayın ikinci hava limanı olan Əl-Məktum Beynəlxalq Hava Limanına yönləndirilib.

Xatırladaq ki, İran bundan əvvəl də bir neçə dəfə Dubay aeroportuna dron və raketlərlə zərbələr endirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?