Modern.az

Əraqçi Fidanla danışdı - Trampın təhdidlərini cinayət adlandırdı

Əraqçi Fidanla danışdı - Trampın təhdidlərini cinayət adlandırdı

Dünya

Bu gün, 17:16

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, Əraqçi ABŞ hökumətinin İranın enerji və sənaye infrastrukturuna hücum təhdidlərini cinayət adlandırıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti onun Telegram kanalında dediyi sözləri sitat gətirib:

"ABŞ hökumətinin İranın enerji və sənaye infrastrukturuna hücum təhdidlərini ehtiva edən ritorikası özlüyündə cinayətdir; bu, beynəlxalq hüququn fundamental prinsiplərinə və humanitar normalara açıq şəkildə etinasızlıqdır”.

Əraqçi vurğulayıb ki, "beynəlxalq ictimaiyyət buna qətiyyətlə cavab verməlidir".

Nazir İrandan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddiaları da əsassız adlandırıb.

Əraqçi qeyd edib ki, İran qonşuluq prinsiplərinə riayət etməyə, Türkiyənin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərməyə sadiqdir və mümkün iddiaların araşdırılması üçün birgə texniki əməkdaşlığa hazırdır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp atəşkəs razılaşması "tezliklə əldə edilməsə" və Hörmüz boğazı açılmasa, ABŞ-ın İranın bütün elektrik stansiyalarını, neft quyularını və Fars körfəzindəki Xarq adasını məhv edəcəyi ilə hədələyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA