Modern.az

ABŞ İrana quru qoşunları göndərməyi istisna etmir - Pentaqon rəhbəri

ABŞ İrana quru qoşunları göndərməyi istisna etmir - Pentaqon rəhbəri

Dünya

Bu gün, 17:44

Vaşinqton İranla müharibədə quru qoşunlarının yerləşdirilməsi də daxil olmaqla heç bir variantı istisna etmir.

Modern.az xarici KİV-ə istinadən əbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.

Heqset mətbuat konfransında deyib:

"Heç bir variantı istisna etməyəcəyik. Düşmənə nə etmək istədiyinizi və nə etmək istəmədiyinizi, o cümlədən quru qoşunlarının yerləşdirilməsini söyləsəniz, döyüşüb qalib gələ bilməzsiniz. Əsas məsələ gözlənilməz olmaq və heç kimə nə etmək istədiyinizi və nə etmək istəmədiyinizi bildirməməkdir".

Pit Heqsetin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranla razılığa gəlməyə hazırdır və Tehran hakimiyyəti onun şərtlərindən xəbərdardır.

"Əgər İran kifayət qədər müdrik olarsa, razılaşma əldə edəcək",- Pentaqon rəhbəri brifinqdə bildirib.

ABŞ-ın müharibə naziri deyib ki, Vaşinqton Rusiya və Çinin İranla bağlı nə etdiyini dəqiq bilir və bu problemi həll etmək üçün addımlar atır.

"Müdafiə sənaye bazamız bu gün İkinci Dünya Müharibəsindən bəri ən canlı dövrlərdən birini yaşayır və sürətlə böyüyür".

Heqset əlavə edib ki, ABŞ qüvvələrinin yerdəki "işi bitirmək" üçün "daha çox bomba"ya ehtiyacı var.

O əlavə edib ki, qarşıdakı günlər həlledici olacaq və İran bunu bilir.


 


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA