Modern.az

350 əsir azad olundu

350 əsir azad olundu

Dünya

Bu gün, 15:09

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 175 rus hərbi əsiri vətənə qaytarılıb, əvəzində isə 175 ukraynalı hərbçi qarşı tərəfə təhvil verilib.

Bildirilib ki, bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Kursk vilayətindən qanunsuz saxlanılan 7 mülki şəxs də azad edilərək Rusiyaya qaytarılıb.

Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsi başlamazdan bir neçə saat əvvəl açıqlama verib. O bildirib ki, Ukrayna tərəfi atəşkəs rejiminə əməl edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ