Modern.az

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Dünya

Bu gün, 22:22

ABŞ, İran və Pakistan nümayəndə heyətlərinin danışıqları bu axşam İslamabadda davam edib.

Modern.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, təmaslar dar tərkibdə davam edib.

Daha əvvəl IRIB məlumatlı mənbəyə istinadən ABŞ nümayəndə heyətinin İslamabaddakı danışıqlar zamanı həddən artıq tələblər irəli sürdüyünü bildirmişdi.

 

***

21:27

 

ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.

Bildirilib ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir.

Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.

İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir.

Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır.

 

***

19:30

 

İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar bəzi məsələlər üzrə ümumi müzakirə mərhələsini geridə qoyaraq texniki detallara keçib.

Modern.az “Tasnim” Agentliyinə istinadən xəbər verir ki, eyni zamanda, danışıqların bir gün uzadılması ehtimalı ilə bağlı müzakirələr aparılır, lakin bu hələ təsdiqlənməyib.

İlkin görüşlər və məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında dialoq artıq bəzi ümumi mövzuları keçərək konkret detallara və texniki müzakirələrə daxil olub.

Buna uyğun olaraq, hər iki tərəfin ekspertləri müəyyən məsələlərin detallı aspektlərini araşdırır.

Danışıqlar ilkin olaraq bir günlük sessiya kimi planlaşdırılsa da, ekspert səviyyəli müzakirələrin davam etdirilməsi üçün onların əlavə bir gün uzadılması ehtimalı mövcuddur. Lakin bu məsələ hələ yekunlaşdırılmayıb.

 

***

18:14

 

İran-ABŞ danışıqları İslamabadda başlayıb.

Modern.az xəbər verir ki, barədə "Tasnim" məlumat yayıb.

Qeyd edilib ki, Pakistanın vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı müzakirə edilən mövzular arasında Livanda atəşkəsin təmin edilməsinə İsrailin məcbur edilməsi, ABŞ-ın İranın aktivlərinin azad etməsi kimi məsələlər də daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ