Modern.az

ABŞ hərbi təyyarəsinə BALTALI HÜCUM

ABŞ hərbi təyyarəsinə BALTALI HÜCUM

Dünya

Bu gün, 21:25

Bu gün səhər Şennon Hava Limanında bir şəxs ABŞ-yə məxsus hərbi təyyarənin qanadına qalxaraq gövdə və qanad hissələrini balta ilə zədələyib.

Modern.az xəbər verir ki, hadisə barədə "TheJournal" saytı məlumat yayıb.

Məlumata görə, həmin şəxs hava limanının uzaq dayanacaq yolunda park edilmiş ABŞ Hərbi Hava Qüvvələrinə aid C-130 Hercules tipli nəqliyyat təyyarəsinin yaxınlığında müşahidə olunub.

Hadisə yerinə hava limanının polis əməkdaşları, yanğın-xilasetmə xidməti, həmçinin polis və İrlandiya Müdafiə Qüvvələrinin hərbçiləri cəlb edilib.

Bildirilib ki, şübhəli şəxs saxlanılıb. Mənbələrdən birinin sözlərinə görə, təyyarə ciddi ziyan görüb.

Təhlükəsizlik qaydalarının pozulmasından sonra hava limanı təxminən 30 dəqiqə fəaliyyətini dayandırıb. Hazırda isə hava limanı yenidən normal rejimdə işləyir.
 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ