Modern.az

Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü

Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü

28 Noyabr 2020, 17:58

Xəbər verdiyimiz kimi, bu gün saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

 

Modern.az-ın məlumatına görə, Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

 

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Həyat yoldaşı illər öncə vəfat edən H.Şakirin 4 qız övladı var. Hadisə nəticəsində həlak olanlardan Zibeydə Adilzadə Hacıyev Şakirin qızıdır. Digər həlak olan Hacıyev Firudin isə H.Şakirin qardaşıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə