Modern.az

Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb

Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb

Hadisə

5 Avqust 2021, 15:28

Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasına yaxın ərazidə baş verən meşə yanğınları stansiyanın əsas binasına çatmadan söndürülüb.

 

Modern.az xəbər verir ki, bölgədə əsən küləyin təsirindən qısa zamanda yayılan alov İES üçün təhlükə yaradıb. Stansiyaya yarana biləcək təhlükə riskinin qarşısını almaq üçün onun ətrafında xəndəklər qazılıb.

 

Bölgəyə cəlb olunan çox sayda yanğınsöndürən briqadanın səyləri nəticəsində yanğının qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat