Modern.az

Naxçıvan istiqamətində təxribat törədən erməni hərbçi ÖLDÜ

Naxçıvan istiqamətində təxribat törədən erməni hərbçi ÖLDÜ

1 Sentyabr 2021, 14:57

Ermənistan ordusu Azərbaycanla dövlət sərhədinin Sədərək rayonu istiqamətində atəşkəs rejimini pozub.

 

Modern.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Arazdəyən kəndi istiqamətində təxribat törədən erməni hərbçi, 1982-ci il təvəllüdlü kiçik çavuş Qeqam Saakyan aldığı güllə yarasından ölüb.

 

Hadisə bu gün günorta saatlarında qeydə alınıb.

 

Əlavə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat