Modern.az

40 yaşlı kişi idman zalında ÖLDÜ

40 yaşlı kişi idman zalında ÖLDÜ

Hadisə

10 Mart 2023, 16:28

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zalda qeydə alınıb.

 

1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

 

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır