Modern.az

Dəmiryol Vağzalındakı ticarət mərkəzində tüstülənmə

Dəmiryol Vağzalındakı ticarət mərkəzində tüstülənmə

Hadisə

28 Noyabr 2023, 17:02

Bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin elektrik paylayıcısında baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

 

Bildirilib ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır