Modern.az

Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü

Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü

14 İyul 2024, 23:27

Sabirabadda ər və arvad kimyəvi maddə içərək intihar edib.

 

Modern.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

 

Məlumata görə, 5 gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı Şirvan xəstəxanasında ölüb.

 

5 gün sonra eyni preparatı içən onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əliyev Xalid Yavər oğlu həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə