Modern.az

8 yaşlı uşaq faciəvi şəkildə öldü

8 yaşlı uşaq faciəvi şəkildə öldü

Hadisə

21 Aprel 2025, 22:32

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

 

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır