Modern.az

Bakıda qayınata gəlinini qətlə yetirdi

Bakıda qayınata gəlinini qətlə yetirdi

Hadisə

5 May 2025, 17:54

Bakıda qətl hadisəsi baş verib.

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Qətli törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ