Modern.az

Kəndlərə sel gəldi, evləri su basdı

Kəndlərə sel gəldi, evləri su basdı

7 May 2025, 08:05

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

 

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

 

Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

 

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?