Modern.az

Həkimlərin pullarını verməyən klinikada maliyyə özbaşınalığı...

Həkimlərin pullarını verməyən klinikada maliyyə özbaşınalığı...

Hadisə

11 Dekabr 2025, 11:58

Xətai Estetik Klinikasının pullarını ala bilməyən həkimlərə verdiyi vaxt başa çatıb.

Modern.az bu haqda bir neçə gün öncə yazmışdı.

Pullarını ala bilməyən həkimlərin sözlərinə görə, problemin həll olunması üçün klinikanın direktoru Fərid Əliyev bir həftə vaxt istəmişdi.

Amma vaxt başa çatsa da, verilən vəd yerinə yetirilməyib.  

Həkimlər saytımıza deyiblər ki, avqust ayından bəri görülən işin müqabilində pullar verilmir. Onlar bunu maliyyə özbaşınalığı hesab edirlər.

Tibb işçiləri məsələnin həlli üçün mübarizəni davam etdirəcəklərini söyləyiblər.

Xətai Estetik Klinikasının rəhbərliyi isə məsələyə dair açıqlama verməkdən yayınır.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?