Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
S.Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Gəncə Şəhər Baş Polis İdarəsinə (022 305 28 02, 050 888 99 87) məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.