Modern.az

Bakıda sürücüsüz hərəkət edən maşın işıqforu məhv etdi

Bakıda sürücüsüz hərəkət edən maşın işıqforu məhv etdi

Hadisə

15 Dekabr 2025, 15:03

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə, ilkin ehtimal ondan ibarətdir ki, səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola qəfil hərəkətə başlayaraq yolda olan svetofora çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 1 ədəd üzərində piyada bölmələri olan nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xatırladır ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitəsini park edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır