Modern.az

Qəzada yaralanan kişi bir gün sonra öldü

Qəzada yaralanan kişi bir gün sonra öldü

Hadisə

16 Dekabr 2025, 23:17

Balakən rayonunun Talalar kəndi ərazisində dekabrın 15-də baş verən avtomobil qəzasında xəsarət alanlardan daha bir nəfər ölüb.

 

Modern.az xəbər verir ki, ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini, 31 yaşlı Şamil Saxalov həkimlərin səyinə baxmayaraq Balakən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

 

Qeyd edək ki, VAZ-2106 və VAZ-2115 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-2106-nın sürücüsü - 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü - 22 yaşlı Rufan Bayramov və VAZ-2106-da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. (Mənbə: report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır