Modern.az

Şamaxı–Qonaqkənd yolunda sürüşmə - asfalt çökdü

Şamaxı–Qonaqkənd yolunda sürüşmə - asfalt çökdü

Hadisə

14 Yanvar 2026, 18:48

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.

Modern.az xəbər verir ki, avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrdə isə hərəkət zolağı tamamilə dərəyə doğru sürüşərək dağılıb. Bu səbəbdən yolun müəyyən sahələrində nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yolun təxminən 30-40 metr hissəsi uçqun vəziyyətindədir. (Mənbə: APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır