Modern.az

Yasamaldakı yanğın söndürüldü

Yasamaldakı yanğın söndürüldü

Hadisə

15 Yanvar 2026, 20:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

***

19:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır