Qəbələdə mağaza və ona bitişik çayxana yanıb.
Modern.az xəbər verir ki, yanğın hadisəsi səhər saatlarında Qəbələ rayonunun Mıxlıqovaq kəndində baş verib.
Yanğın yerinə Qəbələ Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı Mikayılov Valeh Əlipənah oğluna məxsus, ümumi sahəsi 120 kvadratmetr olan mağaza və ona bitişik çayxana tamamilə yanıb.
Yanğının başvermə səbəbləri hazırda araşdırılır.