Modern.az

Naxçıvanda qəza - 6 nəfər yaralandı

Naxçıvanda qəza - 6 nəfər yaralandı

Hadisə

25 Yanvar 2026, 21:52

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “NAZ-Lifan” markalı avtomobillə “Xəzər” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlar - 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...