Modern.az

Mehdiabadda qəza yanğına səbəb oldu - Qəsəbə qazsız qaldı

Mehdiabadda qəza yanğına səbəb oldu - Qəsəbə qazsız qaldı

Hadisə

25 Yanvar 2026, 23:52

Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaz xəttində baş vermiş qəza yanğına səbəb olub.

 

Modern.az xəbər verir ki, qəza səbəbindən qəsəbəni təmin edən əsas qaz infrastrukturu ciddi zədələnib.

 

Hazırda Mehdiabad qəsəbəsinin böyük bir hissəsinə mavi yanacağın verilişi dayandırılıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin “112” qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

 

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. (Mənbə: oxu.az)

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır