Modern.az

Qəbələdə ağır qəza - ölən şəxsin kimliyi müəyyənləşdirilir

Qəbələdə ağır qəza - ölən şəxsin kimliyi müəyyənləşdirilir

Hadisə

26 Yanvar 2026, 08:31

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə bir nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Mənbə: Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır