Jurnalist Ağanisə Sultanovanın aylar öncə dənizdə itkin düşən əmisi oğlundan yeni xəbər yoxdur.
Modern.az-ın məlumatına görə, Ağanisə Sultanova bildirib ki, 2005-ci ilin 26 sentyabrdan bəri əmisi oğlu, həkim Tural Sultanovun axtarışları nəticəsiz qalıb.
“Tural dənizdə itkin düşdüyü gün bir ailə, həkim oğulu ilə qürur duyan ata, ana məhv oldu.... Dünən axşam Turalın atası ilə telefonda danışdım.... Turalın da uşaqlıqdan örnək aldığı həkim əmimin yorğun, bitkin səsi adamı məhv edir...”
Xəzər dənizindəki gəmidə həkim işləyən Tural Sultanovun 33 yaşı vardı, subay idi.
Hadisənin necə baş verdiyi məlum deyil...