Baş Prokurorluq Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşı Şəfiqə Ələkbərovanı bıçaqladıqdan sonra intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb.
Modern.az xəbər verir ki, məlumatda bildirilib ki, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.
Mətbuatda yayılna məlumata görə, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşına 20 bıçaq zərbəsi vurub. E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.