Modern.az

Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Hadisə

29 Yanvar 2026, 23:55

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" və "KİA" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci təvəllüdlü Ş. Tağıyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır. (Mənbə:APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır