Dağıstanda yaşayan azərbaycanlıların ailəsində dəhşətli faciə yaşanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dərbənd şəhərində yaşayan Racəddin Məhəmmədov dini kəbin kəsdirdiyi 36 yaşlı həyat yoldaşı Malvina Məhəmmədovanı qətlə yetirib. Bundan sonra o, həyat yoldaşının meyidini hissələrə bölərək Calqan kəndinə yaxın dağlıq ərazidə yandıraraq gizlədib.
Polis tərəfindən saxlanılan Racəddin qətlin motivi olaraq həyat yoldaşına cehiz kimi verilən "Lada Priora" makralı avtomobili əsas gətirib. Belə ki, toy hədiyyəsi olaraq Malvina Məhəmmədovaya verilən avtomobili Racəddin onun razılığı olmadan satıb.
Qadın avtomobilin oğurlanması ilə bağlı polisə ərizə verib və qısa müddət sonra yoxa çıxıb.
Altı günlük axtarışdan sonra qadının yanmış cəsədi Dərbənd yaxınlığındakı bir kənddə tapılıb.
Xatırladaq ki, saxlanılan Racəddin Məhəmmədov dəfələrlə qanunsuz narkotik ticarəti və avtomobil oğurluğu ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.