Modern.az

Valideyinlərini axtaran azyaşlının atası polisə dəvət olundu

Valideyinlərini axtaran azyaşlının atası polisə dəvət olundu

Hadisə

30 Yanvar 2026, 14:32

"Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb".

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.

"Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub", məlumatda deyilir.

***

Yol Polisi Xidmətinin əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdə keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.

Modern.az xəbər verir ki, yolunu azan Fəridin 8 yaşı var. O, polisin suallarını cavablandırarkən anasından küsdüyünü, daha sonra isə yolunu azdığını deyib.

Polis uşağı tanıyan şəxslərdən xahiş edir ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.

Qeyd edək ki, 8 yaşlı Fərid hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır