Modern.az

Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə AĞIR CƏZA

Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə AĞIR CƏZA

Hadisə

30 Yanvar 2026, 18:21

Salyan rayonunda qonşuya məxsus evə qeyri-qanuni yolla daxil olaraq 13 yaşlı qıza təcavüz edən şəxsə hökm oxunub.

Modern.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmran Babayevə (şərti ad-soyadlı) hökm oxunub.

O, Cinayət Məcəlləsinin 150.3.3, 153.1, 157.1 və 180.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri, əxlaqsız hərəkətlər, mənzil toxunulmazlığını pozma və soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 18 il həbsə məhkum edilib.

Bildirilib ki, hadisə 2025-ci ilin avqustun 7-si baş verib. Həmin gün 1996-cı il təvəllüdlü İ.Babayev saat 05 radələrində qonşuluqda yaşayan qadının iş yerinə getmək üçün evi tərk etdiyini görərək gizli şəkildə mənzilə daxil olub. Həmin vaxt ev sahibinin 2 yeniyetmə və 1 azyaşlı qızı evdə olub. O, otaqda yatmış qızları oyadaraq çirkin əməllər törədib. Həmçinin ev sahibinə məxsus 1000 manat pulu götürərək uzaqlaşıb.

İ.Babayev gedəndən sonra qızlar hadisə barədə dayılarına məlumat veriblər və dərhal polisə müraciət edilib. (Mənbə: qafqazinfo)

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır