Modern.az

Xaçmazda qatarla maşın toqquşdu - Sürücü öldü

Xaçmazda qatarla maşın toqquşdu - Sürücü öldü

Hadisə

5 Fevral 2026, 14:00

Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Faktla bağlı araşdırma aparılır.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

***

Fevralın 5-i səhər saatlarında Xaçmaz rayonunun Nərəcan kəndində dəmiryolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qatar dəmiryolu keçidini keçən “VAZ 2101” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev İlham oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!