Modern.az

Borc istədi, ala bilmədikdə bu yola əl atdı

Borc istədi, ala bilmədikdə bu yola əl atdı

Hadisə

7 Fevral 2026, 18:22

Borc istədiyi tanışını sonradan talayan şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinindən verilən məlumata görə, fevralın 6-da paytaxtın Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək parkların birində tanışı tərəfindən ona fiziki zor tətbiq edilərək 106 manat və mobil telefonunun talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı Z.Tağıyevin zərərçəkəndən əvvəlcə borc pul istədiyi, sonuncunun bundan imtina etməsindən sonra isə qeyd edilən hadisəni törətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır. (Mənbə:Qafqazinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV