Modern.az

"İdrak" liseyi şagirdlərini İTİRİR

"İdrak" liseyi şagirdlərini İTİRİR

Hadisə

9 Fevral 2026, 14:19

İnsidentin baş verdiyi “İdrak” liseyi ilə bağlı yeni təfərrüat və detallar məlum olub.


Modern.az-ın məlumatına görə, liseydə şənbə günü valideynlər üçün iclas keçirilib. İclasda valideynlərə uşaqları, ümumi tədris prosesi haqqında məlumatlar verilib və baş verən hadisəylə bağlı valideynlərin fikirləri öyrənilib.

Lisey rəhbərliyi bugündən etibarən təhsil müəssisəsində mühafizə sistemi gücləndirildiyini və daxil olan bütün şagirdlərin, çantalarının ciddi şəkildə yoxlanılacağını vəd edib. 

Buna baxmayaraq, silahlı insidentdən sonra bəzi valideynlərin öz övladlarını liseydən çıxardığı bildirilir.

Xatırladaq ki, Bakıda yerləşən “İdrak” liseyində ötən həftə silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb və nəticədə 29 yaşlı qadın müəllim xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi