Modern.az

Həftəsonu 3 piyadanı maşın vurub öldürüb

Həftəsonu 3 piyadanı maşın vurub öldürüb

Hadisə

Bu gün, 13:48

Həftəsonu yol-nəqliyyat hadisələri 3 piyadanın həyatına son qoyub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Bildirilib ki, ötən həftəsonu qeydə alınan piyadavurma hadisələrinin təhlili bir sıra təhlükəli məqamları yenidən xatırlatmağı tələb edir: "Belə ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalar arasında qaydalara biganəlik təkcə bir gün ərzində 3 nəfərin həyatına son qoyub.

Sutkanın qaranlıq vaxtı, yaşayış məntəqələrində qeydə alınan bu hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşğuliyyətə aludəçilik – bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.

Lakin hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanına çevrilə bilər.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Partlayış səsləri... - Müdafiə Nazirliyindən TƏCİLİ XƏBƏRDARLIQ